• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məktəblərdə rüşvətin kökünü kəsmək istəyiriksə... - AÇIQLAMA

CƏMİYYƏT

12 Iyun 2023 | 17:29 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblərdə rüşvətin kökünü kəsmək istəyiriksə... - AÇIQLAMA

 “4-5 il əvvəl Almaniyanın Təhsil Nazirliyi məktəblərə belə bir məktub göndərmişdi: “Sırf ehtiyat tədbiri kimi qeyd olunur ki, rüşvətxorluq halında - əgər iş az ağır deyilsə, - Cinayət Məcəlləsinin 332-ci maddəsində minimum cəza kimi altı ay həbs cəzası nəzərdə tutulur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında analitik Elxan Həsənli deyib.

Analitik qeyd edib ki, məktuba səbəb kimi fotoqrafların şəkil-vinetka sifarişi üçün müəllimlərə rüşvət və hədiyyə vermələri olmuşdu: “Deməli, fotoqraflar Valideyn Məsləhət Şuralarının əliylə müəllimlərə rüşvət təklif edirlərmiş. Əlbəttə ki, Almaniyada, eləcə də digər Avropa ölkələrində hədiyyə qəbul edən müəllimlər var. Ancaq onların heç biri hədiyyə aldığını lentə alıb şəbəkədə yaymaz, bunu intihar sayar. Yalnız rüşvətin adi hal olduğu yerdə müəllim aldığı hədiyyəni videoya çəkib şəbəkədə yayar”.

E.Həsənli bildirib ki, Almaniyada və digər Avropa ölkələrində bahalı gül dəstəsi almaq belə qadağandır. Onun sözlərinə görə, bir ədəd gülün belə müəllimin şagirdi dürüst qiymətləndirməsinə təsir edə biləcəyindən ehtiyat edirlər. Hədiyyə qarşılığında az çalışqan şagirdin çalışqan kimi qiymətləndirilməsinin sosioloji fəsadları ağır və dönməz xarakter daşıyır.

Rüşvət və tapşırığın fəsadları Qarabağ münaqişəsinin fəsadlarından qat-qat ağırdır: “Avropalı müəllimlərlə bizim müəllimlərin aldığı maaş arasında fərq çox böyükdür. Almaniyalı müəllimin bir günlük maaşı bizimkilərin bir aylıq maaşı qədərdir. Məhz bu vəziyyət məktəblərdəki xoşagəlməz hallara Elm və Təhsil Nazirliyinin, eləcə də mətbuatın böyük bir kəsiminin göz yummasına, hətta bəzi hallarda müəllimin bahalı hədiyyə almasına haqq qazandırmasına səbəb olur. Rüşvətlə alaçı olanlarımızın, tapşırıqla irəli gedənlərimizin sayı isə milyonlarladır”. Müsahibimiz qeyd edib ki, hədiyyə alanların sayı ilə almayanların sayı arasında dəniz boyda fərq var: “Belə bir vəziyyətdə məktəbdə rüşvətlə mübarizə aparmaq Don Kixotun yel dəyirmanı ilə savaşına bənzəyir. Əgər məktəbdə rüşvətin kökünü kəsmək istəyiriksə, öncə özümüzdən başlamalıyıq”.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026