• Bakı 16° C

    1.77 m/s

Məşhur futbolçunun valideynləri oğurlandı

İDMAN

29 Oktyabr 2023 | 11:33 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçunun valideynləri oğurlandı

“Liverpul” klubunun məşhur futbolçusu Luis Diazın valideynləri Kolumbiyada oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib.

Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.

Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.

Qeyd edək ki, 26 yaşlı Diaz ötən ilin yanvarında "Portu"dan "Liverpul"a keçmişdi. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026