• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Barselona" Xavini istefaya göndərə bilər

İDMAN

28 Noyabr 2023 | 10:28

"Barselona" Xavini istefaya göndərə bilər

İspaniyanın "Barselona" klubu baş məşqçisi Xavi Ernandes ilə yollarını ayıra bilər.

Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turunda Portuqaliyanın "Portu" komandasını məğlub edə bilməsə, 43 yaşlı mütəxəssisin istefaya göndərilməsi gündəmə gələcək.

İddia olunur ki, hətta heç-heçə də ispaniyalı baş məşqçini xilas etməyəcək.

Qeyd edək ki, bu gün reallaşacaq "Barselona" - "Portu" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar qrupda 9 xalla ilk iki pilləni bölüşürlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR