• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Qarabağ”ın “Molde” ilə oyuna hazırlıq planında DƏYİŞİKLİK

İDMAN

27 Noyabr 2023 | 14:30

“Qarabağ”ın “Molde” ilə oyuna hazırlıq planında DƏYİŞİKLİK

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde”nin qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.

Bakıvaxtı.az klubun saytına istinadla bildirir ki, noyabrın 28-də “Azersun Arena”da reallaşacaq hazırlıq prosesi saat 18:30-da start götürəcək.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024