Sosial şəbəkə dələduzları bu dəfə tanınmış azərbaycanlı texnobloger Fərid Pərdəşünası hədəf alıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas öz feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, bu dələduzluq növü ilə çox azərbaycanlı kişini şantaj edib, pulunu alıblar:
“Bolqar dələduzluğu kişilərlə görüntülü danışıb, onların intim görüntülərini çəkərək, kiber şantaj üsulu ilə pul almaqdır. Bu dələduzluq növündə türk xanımlardan istifadə edilir”.
Gördüyünüz ekran çəkimində isə daş qayaya rast gəlib. Sabah görüntülü danışıb, bu dələduzu ifşa edəcəm. Çoxdandır bu məqamı gözləyirdim. Allah bilir hansı yazıq dələduzdu, gəldi ilişdi mənə. Bunlar elə bilir mən vikipediaçı zadam, o dəqiqə soyunacam”.
Günəş Mərd

















