• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Miqrantlar 40 dərəcə istidə qəfəslərə salındılar

DÜNYA

05 Avqust 2023 | 22:40 | Müəllif: Subhan Mahmudov

Miqrantlar 40 dərəcə istidə qəfəslərə salındılar

ABŞ ilə sərhəddə miqrantlar 40 dərəcə istidə qəfəslərə salınıblar.

Humanitar qruplar bu cür qeyri-insani rəftara son qoyulmasını tələb edirlər.

Bakıvaxtı.az bildirir ki, "DailyMail" qəzeti Meksika-Amerika sərhədindən foto dərc edib. Görüntülərdə ABŞ sərhədçilərinin əcnəbi miqrantları hansı şəraitdə saxladığı əks olunub.

Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün Bayden administrasiyası belə sərt tədbirlərə əl atır. Buna səbəb Meksikadan Arizona ştatının cənub hissəsinə gələn vətəndaşların böyük artımı olub.
Sərhədçilər bu artımın öhdəsindən gəlmək üçün açıq məkanlardan istifadə etməli olurlar. Miqrantların saxlandığı ərazidə isə havanın temperaturu 40 dərəcəni keçir.

Miqrantların hüquqlarını müdafiə edən qruplar artıq bu praktikanı pisləyiblər./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026