• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cozep Borrel Gürcüstana səfər edəcək

DÜNYA

04 Sentyabr 2023 | 20:37 | Müəllif: Subhan Mahmudov

Cozep Borrel Gürcüstana səfər edəcək

Avropa İttifaqının Xarici siyasət Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Gürcüstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi Borrel 7-8 sentyabrda Gürcüstanda səfərdə olacaq.

Bu, Borrelin Aİ-nin Ali Nümayəndəsi kimi Gürcüstana ilk rəsmi səfəridir.

Aİ Xarici Siyasət Xidməti bildirib ki, o, Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə edəcək, xarici siyasət və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər zamanı Ali Nümayəndəni Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək. O, həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşəcək.

Cozep Borrel Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşü də planlaşdırılır.

Aİ rəsmisinin parlamentdə olan bütün siyasi partiyaların nümayəndələri ilə görüşmək və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparmaq fürsətindən istifadə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026