• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda daha iki jurnalist həbs edildi

DÜNYA

04 Sentyabr 2023 | 21:14 | Müəllif: Subhan Mahmudov

İranda daha iki jurnalist həbs edildi

Tehran İnqilab Məhkəməsi “Həmmihən” qəzetinin müxbiri Elnaz Məhəmmədi və onun “Həft Sobh” qəzetindən olan həmkarı Negin Baqiriyə üç ilədək şərti həbs cəzası hökmünü verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, onlara qarşı “toplaşma və əlbir olma” ittihamı irəli sürülüb.

Məhkəmə qərarına əsasən, hər iki jurnalist ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nəzarəti altında ilin hər fəslində “jurnalist peşəsi etikasının təlimi” kursunda iştirak etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026