• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Moldova: "Rusiya daxili işimizə qarışmamalıdır"

SİYASƏT

18 Sentyabr 2024 | 10:47

Moldova: Rusiya daxili işimizə qarışmamalıdır

"Rusiyada neçə seçki məntəqəsinin açılacağına Kreml qərar verməməlidir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Pavel Postika deyib.

Onun sözlərinə görə, Kremlin Rusiyada qarşıdan gələn seçkilərdə və  Aİ-yə üzvlüklə bağlı referendumda Kişinyovun neçə seçki məntəqəsinin açılmasına qarışa bilməz: 

"Rusiyada səsvermə məntəqələrinin sayının azaldılması qərarı Moldovanın daxili siyasətidir. Kremlin harada və neçə seçki məntəqəsi aça biləcəyimizi diktə etmək hüququ yoxdur".

Qeyd edək ki, Moldova Mərkəzi Seçki Komissiyası Rusiyada yaşayan vətəndaşları üçün seçki məntəqələrinin sayını 17-dən 5-ə endirib. Oktyabrın 20-nə planlaşdırılan prezident seçkiləri və Avropaya inteqrasiya üzrə seçki məntəqələrinin sayı Moskvada 2,  Sankt-Peterburqda 1, Yaroslavlda 1 və Surqutda 1 dənədir.

Gülşən Şərif


SON XƏBƏRLƏR