Bu gün Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, "MTN bağları" adlanan ərazidə qaz təchizatında fasilələr yaranacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsindən bildirilib.
Məlumata görə, Ceyranbatanda "MTN bağları" adlanan ərazidə d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsi ilə əlaqədar bu gün, saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1 600 istehlakçının qaz təchizatında fasilə yarancaq.
Bakı 




