Sumqayıt şəhər 24 saylı orta məktəbdə müəllimin koronavirusa (COVİD-19) yoluxmasına baxmayaraq, məktəbin əyani tədris formasında fəaliyyətini davam etdirməsi ilə bağlı iddilara cavab verilib.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən Bakivaxti.az-a bildirilib ki, adı çəkilən məktəbin hansısa müəlliminin COVİD-19-a yoluxması haqqında informasiya həqiqəti əks etdirmir.
“Əgər hansısa məktəbin işçisi COVİD-19-a yoluxursa bununla bağlı yerli Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi dərhal məktəbdə tədrisin tam və ya qismən distanta keçirilməsi haqqında qərar verir”,-deyə şöbədən bildirilib.
Ramid İbrahimov
Bakivaxti.az
















