• Bakı 21° C

    5.28 m/s

Ayı Lerikdə kəndə hücum etdi

CƏMİYYƏT

16 Iyun 2021 | 22:34

Ayı Lerikdə kəndə hücum etdi

Lerik rayonunda ayı kəndə hücum edib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mistan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hucum edən ayı arı pətəklərini dağıdıb.

Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb.

Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına da zərər vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026