Məlum olduğu kimi, 2 həftədən artıqdır ki, şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə başlanıb. Bu tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı şadlıq saraylarında gündəlik monitorinqlər keçirilir. Monitorinq qrupları bu günədək şənlik mərasimlərinin keçirildiyi400-ə yaxın obyektdə qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.
İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 16-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması,tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır.Bəzi hallarda isə şənlik mərasimləri haqqında zəruri məlumatların (toyun vaxtı, xidmət personalının və toyda iştirak edənlərinsayı) icaze.e-gov.az portalına düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qruplarıtoy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıblar və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir.Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna diqqət yetirməlidirlər. Bu cürtədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.
















