"Atamın doğum günlərini bizdən ayrı keçirməsi, yanımızda olmaması elə də yad bir hiss deyil. Çünki bir hərbçi həyatının böyük hissəsini səngərdə keçirir”
Bunları Bakıvaxtı.az vasitəsilə atasının doğum gününü təbrik edən Vətən müharibəsində şəhid olmuş Leytenant Zakirov Elvinin oğlu Toğrul deyib:
Vətən Müharibəsi başlanan zaman atam ehtiyatda olan zabit idi. Müharibədə döyüşmək üçün könüllü olaraq yazıldı və yarım qalmış işini tamamladı. Füzuli, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişdi. 9 noyabr Xocavənd Rayonunda qəhrəmancasına Şəhid oldu. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən "Vətən Uğrunda" , "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu gün 15 avqust həm ailəmizin, həm də Azərbaycan xalqının qəhrəmanı olan atamın doğum günüdür. Atamın doğum günlərini bizdən ayrı keçirməsi, yanımızda olmaması bizə elə də yad bir hiss deyil. Çünki bir hərbçi həyatının böyük hissəsini səngərdə keçirir. Amma bu dəfə başqadır. İllərini verdiyi torpağa İkinci Vətən Müharibəsində canını verdi. Cənnətdəki ilk doğum günün mübarək, Atam. Sən hər zaman bizim qəlbimizdə yaşayacaqsan.
Aytac Aslan


















