"Haqqımda olan xəbərləri oxuyuram və heyrətlə izləyirəm. Nə həbs, nə də saxlanma var. Sadəcə bir açıqlama verdim”.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu kooperativ dələduzluğu ittihamı ilə saxlanıldıqdan sonra axşam saatlarında sərbəst buraxılan müğənni və sosial media fenomeni Banu Parlak deyib.
Məlumata görə, Dilan Polatla mübahisəsi və iş yerlərinə silahlı hücumları ilə gündəmə gələn müğənni- sosial media fenomeni Banu Parlak İstanbul Hava Limanına gedərkən saxlanılıb. İstanbul Hava Limanı Polis İdarəsində əməliyyatları tamamlanan Parlak hava limanında yerləşən Qaziosmanpaşa Ədliyyəsinə aparılıb. Orada ifadəsi alınan Banu Parlak sərbəst buraxılıb.
Parlak sosial media hesabından verdiyi video açıqlamada həbsdən söhbət getmədiyini deyib: Heç bir şey deyildiyi kimi deyil”.
Nərgiz Məmmədli
















