Türkiyədə 49-cu "Altın Kelebek" mükafatının təqdimetmə mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, builki mükafatçılar sırasında Azərbaycandan 3 qalib var.
Bloger Nəcibə Əmədi, aparıcı-aktrisa Kəmalə Piriyeva və müğənni Samirə Əfəndi 49-cu Altın Kelebek mükafatçısı adını qazanıblar. Onlara mükafatı stilist Anar Ağakişiyev təqdim edib.
Onlar "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə qalib olublar.
Nərgiz Məmmədli