Myanmada hərbi diktaturanın fəaliyyətinin altı ayı ərzində öldürülənləri sayı1000 nəfəri keçib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim xunta nümayəndəsi mövzu ilə bağlı sorğuya cavab verməyib.
Amerika Birləşmiş Ştatları Myanma hərbi generallarını seçki tarixini təxirə salmaqda və öz güclərini möhkəmləndirmək üçün vaxtı uzatmaqda günahlandırıb. Dövlət katibi Entoni Blinken Cənub -Şərqi Asiya Millətləri Birliyini (ASEAN) Myanmadakı siyasi iğtişaşların həlli üçün səyləri gücləndirməyə çağırdı.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















