• Bakı 23° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Namaz zamanı məscid partladıldı

DÜNYA

08 Iyun 2023 | 12:06

Namaz zamanı məscid partladıldı

Əfqanıstanın Bədəxşan əyalətində terror aktı törədilib.

Bakıvaxtı.az "TOLO News"a istinadən xəbər verir ki, Bədəxşan əyalətinin Feyzabad şəhərindəki məsciddə partlayış baş verib.

Partlayış əyalət qubernatorunun müavininin cənazə namazında baş verib. O, özü də iyunun 6-da terror aktı nəticəsində həlak olub. Qubernatorun müavininə qarşı terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İyunun 8-də məsciddə baş vermiş partlayış nəticəsində ölənlər barədə təsdiqlənməmiş məlumatlar var.

Hadisəyə görə, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023