• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?!" - Ekspert OD PÜSKÜRDÜ

CƏMİYYƏT

13 Mart 2023 | 11:46

“Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?!" - Ekspert OD PÜSKÜRDÜ

Xəbər verdiyimiz kimi, "“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov içməli suyun əhaliyə maya dəyərindən aşağı satıldığını deyib.

Bakıvaxtı.az-ın məlumatına görə, E.Məmmədov deyib ki, tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər: "Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində bu tariflə su satılmır”. Bunlar rəsmən camaatı dolayıblar, Etibar müəllim, suyun maya dəyərini necə hesablayırsız? Cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdınız, yenə gözünüz doymadı?! "

Məsələylə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli  bildirib ki, rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur:

"İqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üşün ilk növbədə xərcləri azaltmaq lazımdır. Yəni, məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir. Yaxşı, gəlin belə bir eksperiment edək, jurnalistlərdən ibarət bir qrup “Azərsu ASC”-nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin, sonra da siz hamınız çıxın izah edin ki, rentabelsiz işləyən “Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?! Yaxşı, ziyanla işləyirsinizsə, nədən bu qədər varlısınız?!"

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR