• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bələdiyyə sədri cərimələndi

CƏMİYYƏT

12 Aprel 2023 | 11:21

Azərbaycanda bələdiyyə sədri cərimələndi

Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini Azər Baxışov barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 11-də Masallı şəhəri ərazisində keçirilən belə tədbir zamanı su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR