• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Avroviziya”da finala çıxan ölkələr - SİYAHI

CƏMİYYƏT

12 May 2023 | 09:05

“Avroviziya”da finala çıxan ölkələr - SİYAHI

“Avroviziya 2023” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna adından Liverpulda baş tutan yarışmada Danimarka, Avstraliya, Kipr, Albaniya, Avstriya, Gürcüstan, Ermənistan, Belçika, Yunanıstan, İslandiya, Litva, Rumıniya, San-Marino, Sloveniya və Estoniya finala keçmək uğrunda mübarizə aparıblar.

Sonda səsvermə nəticəsində 10 ölkə - Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya finala vəsiqə qazanıb.

Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç olub.

Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026