NATO-nun Skandinaviyada Nordic Response hərbi təlimləri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Nəşrin xəbərinə görə, təlimlərdə Norveç, İsveç və Finlandiya hərbçiləri iştirak edəcək .Ümumilikdə 20 minə yaxın hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarənin iştirakı planlaşdırılır.
Norveç Kral Hərbi Hava Qüvvələrinin briqada generalı, Norveç Hava Əməliyyatları Mərkəzinin komandanı Tron Strand Avropadakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq bu cür təlimlərin keçirilməsinin vacibliyinə diqqət çəkib.
Mina Mikayılova














