• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Söyüdlüdə 2 “rus casus” tutuldu - ERMƏNİLƏR TƏŞVİŞDƏ

DÜNYA

04 Aprel 2024 | 09:32 | Müəllif: Subhan Mahmudov

Söyüdlüdə 2 “rus casus” tutuldu - ERMƏNİLƏR TƏŞVİŞDƏ

Ermənistanda “Azərbaycan casusları” ilə bağlı iddialar yenidən aktivləşib.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həbs etdiyinə dair məlumat yayılıb.

Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir.

“Hraparak” nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.

“Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb”, - nəşr iddia edir.

Qeyd edək ki, dünən Xankəndidən Ermənistana qayıdan Sarkis Qalstyan da “Azərbaycana casusluq” ittihamı ilə həbs olunub. Bu “casus ovu”nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir: Paşinyanla ya o qədər qorxur ki, hər kəsi casus olaraq görür, ya da bu cür oyunlarla Azərbaycanı “müdaxilə edən tərəf” kimi göstərir./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026