• Bakı 16° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bir həftədə 42 nəfər qızılcadan ölüb

DÜNYA

04 May 2024 | 09:05

Bir həftədə 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb.

 Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb.

Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub.

“Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib, onlar xəstəliyin yayılmasını qabaqlayırlar”, – agentlik Tanqvamidən sitat gətirib. O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib, onlardan 42 nəfər ölüb.

Qeyd edək ki, Nigeriyanın şimalında, demək olar, hər il qızılca epidemiyası baş verir ki, bu da əhalinin peyvənd edilməsində çətinliklər, o cümlədən terrorçu qrupların hərəkətləri nəticəsində yaranır.


SON XƏBƏRLƏR

17 May 2024