• Bakı 22° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

NATO Ukrayna ilə bağlı məsələni gündəmə gətirir

DÜNYA

26 Aprel 2023 | 14:32

NATO Ukrayna ilə bağlı məsələni gündəmə gətirir

May ayında Brüsseldə NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Komitənin iclasında Alyans ölkələrinin silahlı qüvvələrinin Baş Qərargah rəisləri Ukraynadakı müharibəni və Kiyevə yardımı müzakirə edəcəklər:

"NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə mayın 10-da Brüsseldə toplaşacaq. NATO Baş katibi Yens Stoltenberq Alyansın əsas prioritetlərini və çağırışlarını müzakirə etmək üçün iclasın ilk sessiyasına qatılacaq. İkinci sessiyada Baş Qərargah rəisləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, Ukraynadakı vəziyyəti, NATO müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini müzakirə edəcəklər".

İclasın üçüncü sessiyasında NATO-nun Vilnüs sammitinə hazırlıq prosesi müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026