• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Nazir istefa verəcək - SƏBƏBLƏR

MƏDƏNİYYƏT, HADİSƏ

03 Fevral 2024 | 09:45

Nazir istefa verəcək - SƏBƏBLƏR

İtaliyanın mədəniyyət nazirinin müavini Vittorio Sqarbi tarixi rəsm əsərinin oğurlanması ilə bağlı şübhələr fonunda vəzifəsini tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti yazıb.

"Bu vəzifədən dərhal istefa verəcəyəm və yaxın bir neçə saat ərzində Corciya Melonini (Baş nazir - red.) bu barədə məlumatlandıracam”, - o bildirib.

Daha əvvəl qeyd edilib ki, o, XVII əsrə aid rəsm əsərini oğurlamaqda və onun yaranma tarixini saxtalaşdırmaqda şübhəli bilinir. Söhbətin 2013-cü ildə Piemontdakı qaladan yoxa çıxan Siena məktəbinin rəssamı Rutilio Manettinin rəsmi barədə getdiyi güman edilir. 2021-ci ildə o, V.Sqarbinin şəxsi kolleksiyasından bir rəsm kimi Lukkada sərgilənib. Eyni zamanda, mənşəyini gizlətmək üçün əsər restavrasiya edilib.

 

 

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026