"Mən qayınanamdan qayınanalıq görməmişəm. Onun haqqında yaxşı nə danışa bilərəm ki?"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Elgizlə izlə" verilişində deyib.
Fətəliyeva keçmiş qayınanasının ona əzablar verdiyini etiraf edib:
"Mən hamilə olanda mənə çox əziyyət verirdi. Çox, lap çox. Bunları heç vaxt unutmaram. Həyat bumeranqdır. Bir dəfə qutab bişirdi. Mən də şişdim, iyi gəlirdi... Qapını bağlayıb, oğluna verdi ki, "ye". Acıq verirdi mənə. O da qapını bağladı ki, anası bilməsin, məni yedizdirsin. Mən ərköyün böyümüşəm, əziyyət görməmişəm. Amma o mənə polları şvabra ilə sildirirdi. Sonra isə bəyənmirdi, əlimlə sildirirdi".
Ziyafət Əlisoy