• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu filmi çəkənlər həbs olunmalıdır

MƏDƏNİYYƏT

01 Aprel 2024 | 10:59

Bu filmi çəkənlər həbs olunmalıdır

27 yaşında dünyasını dəyişən britaniyalı müğənni Emi Uaynhausun həyatından bəhs edən “Back to Black” filmi mübahisələrə səbəb olub.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, müğənninin pərəstişkarları filmdə onun obrazını canlandıran aktrisa Marisa Abelanın Uaynhausun səsini təqlid etdiyi səhnəni tənqid ediblər.

Sosial şəbəkələrdə filmdən paylaşılan səhnələrə “Bu filmi kim çəkibsə, həbs edilməlidir” və "Emi Uaynhaus daha yaxşısına layiq idi" kimi şərhlər yazılıb.

Aktyor Abela isə bunda heç bir günahının olmadıığını qeyd edib:

“Oxuya bilib-bilmədiyimi bilmədən mənə rol verdilər. Buna baxmayaraq, 4 ay ərzində hər gün 2 saat işlədim”.

Qeyd edək ki, ssenarsi Mett Qrinhalq tərəfindən yazılmış filmin adı müğənninin məşhur “Back to Black” mahnısından götürülüb. Film bu ay yayımlanacaq.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026