Əməkdar artist Elza Seyidcahan növbəti davranışı ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, "Şəbnəmlə iç üzü" verilişində qonaq olan sənətçi mərhum Xalq artisti, primadonna İlhamə Quliyeva haqqında xoşagəlməz sözlər işlədib.
Belə ki, çəkilişin dayandığını zənn edən Əməkdar artist illər öncə İlhamə Quliyeva ilə aralarında yaşadığı qalmaqaldan söz salıb:
"Mən İlhamə xanıma ağlımla cavab verəndə o, evdə bütün qabları sındırmışdı. Demişdi ki, "susdurun onu, o məni..." Daha mən sənə cavab verməliyəm də. Sən mənə demisən, mən sənə cavab verməsən, gərək uzunqulaq kimi gəzəm... Deyəcəklər, Elza kimdir ki?! Elza haranın ... (qeyri-etik ifdə işlədir) ...iraq olsun. Sən mənə demisən, mən də məcburam ki, buna cavab verəm. Mən də müdrikliklə cavab verdim. Deyir ayağıma su gətirib, yuyub. Yəqin ki, yadınızdadır".
Müsahibənin davamında isə kameranın danışıqları qeydə aldığını öyrənən Seyidcahan fikirlərinə belə düzəliş verir:
"Heç kəs İlhamə xanımı əvəz edə bilməz, heç vaxt İlhamə xanımın yerini ala bilməz. Mən hər zaman ona rəhmət oxuyuram, hər zaman onun üçün yasin oxutdururam. Hətta onun üçün ehsan bişirib, paylayıram".
Ziyafət Əlisoy



jpg-1714481986.webp)



jpeg-1714465200.webp)







