• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Evinin yandırıldığını iddia edən aparıcı GÖZ YAŞLARI TÖKDÜ 

MƏDƏNİYYƏT

30 Mart 2024 | 19:37 | Müəllif: Subhan Mahmudov

Evinin yandırıldığını iddia edən aparıcı GÖZ YAŞLARI TÖKDÜ

Evinin yandırıldığını iddia edən teleaparıcı Şəbnəm Naibli "Bizimləsən" verilişinin qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, Naibli evinin sifariş əsasında yandırıldığından əmin olduğunu bildirib.

Teleaparıcının sözlərinə görə, evinin yandırılmasında bir neçə gün öncə naməlum şəxslər müxtəlif günlərdə həyətlərinə daxil olublar. Onlar evin yandırılması ilə bağlı planlar quraraq, hadisəni martın 24-də törədiblər: 

"Mən dünyaya gəlməmişdən qabaq atam və anam ayrılıblar. Məni anam böyüdüb. Bugün düşmənlərim tərəfindən yandırılan o evi anam əziyyətlə, zülm çəkə-çəkə tikib. Bizim heç vaxt, heç kimə pisliyimiz dəyməyib... (ağlayır) Bu mənə görə edilən bir şeydir. Bundan əminəm".
Teleaparıcı evinin kimin tərəfindən yandırılması ilə bağlı versiyalarının olduğunu bildirsə də, ad çəkməkdən qorxduğunu etiraf edib: 
"Mənim beynimdə ad var, amma... (səsi bağlanır) ...cəsarətim yoxdur ki, o adamların adlarını çəkim. Mən sadəcə polisə güvənirəm. Bilirəm ki, onlar araşdıracaqlar. Diri-diri mənim ailəmi yamdırmağa cəhd etmək nə deməkdir!?"

Naibli ev yandırılan zaman orada 4 nəfərin olduğunu bildirib:

"Mənim bacım o evin içərisində idi. O evin içərsində rayondan gələn qonağımız, həyətə baxan uşaq, mənim 4 yaşlı qızım... Onlar diri-diri yanırdılar".

Xatırladaq ki, teleaparıcı Şəbnəm Naiblinin evi martın 24-ü gecə saatlarında yanıb. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. 

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026