• Bakı 13° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Xoşqədəm ürək parçaladı: “Marşruta verməyə pulum yox idi”

MƏDƏNİYYƏT-ŞOU

29 Aprel 2024 | 11:58

Xoşqədəm ürək parçaladı: “Marşruta verməyə pulum yox idi”

“O vaxt pulumuz yox idi, atamgil də əziyyət çəkməsinlər deyə oxuduğum universitetə kilometrlərcə yolu piyda gedirdim”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, illər öncə yaşadığı çətinliklərdən danışıb:

“6-7, hətta 10 kilometr yolu piyada getmişəm. Sən demə, bu, idman imiş. Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar... 97-ci ilə qədər marşruta belə minməyə  pulumuz olmayıb. Çətin idi. Atamgil məcburi köçkün idilər. İmişlidə çadırda qalırdılar. Onları incitməmək üçün demirdim. Bu günümüzə şükür. O qədər çətinliklər görmüşük ki...”

Teleaparıcı Naxçıvan Dövlət Universitetində təhsil aldığı dönəmlərdən də söz salıb:

“92-93-cü illər idi. Naxçıvanın ən çətin zamanları idi illər. Orada məcbur idim piyada gəzməyə. Bəzən heç tramvay da işləmirdi. Universitetə piyada gedib, piyada da qayıdırdım. Bakıda da oxuyanda piyada gedirdim universitetə”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR