• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əməkdar artist kövrəldi: “Qonaq otağına keçib...”

MƏDƏNİYYƏT

29 May 2024 | 11:31

Əməkdar artist kövrəldi: “Qonaq otağına keçib...”

“Zaman gələcək nə Nüşü (özünü nəzərdə tutur – red.) olacaq, nə Zaur olacaq. Bizim yerimizdə başqa insanlar olacaqlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Həmin Zaur” verilişində deyib.

Teleaparıcı Zaur Kamalla söhbətləşən sənətçi keçmiş günlərini yada salaraq köks ötürüb:

“Allah elə bir yazı yazıb ki, sən Zaurla mən Nüşü eyni zamanda yaşayırıq. Bizi bir dövrə yazan Allah var. Biz bir-birimizin dövrünün insanlarıyıq. Zaur, bir-birimizin dəyərini bilək”.

Zaurun “Sonuncu dəfə nə zaman kövrəlmisən” sualına isə Əməkdar artistin cavabı belə olub:

“Sonuncu dəfə dünən kövrəlmişəm... Qonaq otağına keçib, duyğulandım, kədərləndim. Zaman çox tez keçir. İstəyirəm ki, ətrafımda olan insanların kefləri yaxşı olsun, sağlam olsunlar. Bizi izləyənlər bizdən müsbət enerji alsınlar”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR