“Mən meyxana deyəndə dincəlirəm, yaşayıram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov deyib.
Ağamirzə meyxanadan gedən bəzi həmkarlarından da söz salıb:
“Bu, Orxanın öz seçimidir. Mən onu hər zaman dəstəkləmişəm, indi də dəstəkləyirəm. Çünki Orxan bu dəqiqə meyxanadan yaxşı mahnılar oxuyur. Gözəl şeyirlər yazır. Bu, onun seçimidir. Orxan meydandan çəkilən oğlan deyil. O, hər zaman deyişmədə də, mənada da irəlidə olub. Hər insanın seçimi bir cürdir”.
Meyxanaçı bu sənətin heç də rahat olmadığını bildirib:
“Mənim elə günüm olmayıb ki, istər qışda, istər baharda, istər payızda, istərsə də yayda meyxana deyəm, tər, su içində olmayım. Meyxana çətin sənətdir. Amma mən heç vaxt yorulmamışam”.
Ziyafət Əlisoy











jpg-1714481986.webp)




