• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Pis vərdişlərdən uzaq olacam” - Balaəli Maştağalı

MƏDƏNİYYƏT

04 Mart 2024 | 09:45

“Pis vərdişlərdən uzaq olacam” - Balaəli Maştağalı

“Əvvəllər meyxananın “deyişmə” janrına üstünlük verilirdi. Mən çalışıram bu mifi dəyişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Balaəli Maştağalı müsahibələrinin birində deyib.

O qeyd edib ki, meyxana “deyişmə”dən ibarət deyil. Bunun başqa qolları da var:

“Musiqili oxuya bilirsən, şeir deyə bilirsən, aktyorluğu var və s.”

O, pis vərdişlərdən uzaq olduğunu bildirib:

“Mən meyxananın ən yaxşı yönlərini göstərirəm. Daha yaxşı işlərimiz olacaq. Düzdür, mən deyişmələrimlə tanınmışam. Amma musiqilərim də az dinlənilmir. Əvvəl gündən özümə qadağa qoymuşam ki, içkidir, pis vərdişlərdir bunlardan uzaq olacam. Heç vaxt da etmərəm. Özüm öz nəfsimin qabağında çəpər çəkmişəm. Mən bu gün meyxananın simalarından biriyəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR