• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Nərmini o ki var TƏRİFLƏDİ: "Nərminə baxanda..." 

MƏDƏNİYYƏT

02 Aprel 2024 | 16:03

Nərmini o ki var TƏRİFLƏDİ: Nərminə baxanda... 

"Səhnə rəqsləri sevir. Ümumiyyətlə, səhnədə rəqs edən ifaçılar bir çox hallarda sevilirlər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Qala "Xeyirli axşamlar" verilişində deyib.

Son zamanların ən çox danışılan ifaçılarından olan Nərmin Kərimbəyovadan söz salan Ceyhun həmkarını o ki var tərifləyib: 

"Gəlin reallığı danışaq. Mən estrada ifa edənlərdən rəqsləri Aygün Kazımova və Röya Ayxanda görmüşəm. Əslində isə pop ifaçılarımız çoxdur. Amma özlərini ağır aparırlar. Nərminə baxanda isə bu rəqslərin pop ifa edənlərə necə yaraşdığını görə bilərsiniz. Mən istəyərdim ki, digər müğənnilər də səhnədə rəqs etsinlər. Bu çox böyük enerjidir".

Qeyd edək ki, Nərmin Kərimbəyova son zamanlar rəqsləri ilə gündəmi zəbt etməyi bacarıb. Fərqli ifa tərzi və rəqs metodları ilə seçilən ifaçı tez bir zamanda öz auditoriyasını toplaya bilib. 

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

07 Sentyabr 2024