Şoumen Stas Baretski müğənni Alla Puqaçova və həyat yoldaşı komediya ustası Maksim Qalkini Qryaz kəndindəki qəsri tərk etdiklərinə görə tənqid edib.
Bakıvaxtı.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, lazımi nəzarət olmadan belə böyük bir bina çökə bilər.
“Qəsrin bünövrəsi çatlayır. Onu daim nəzarət etmək lazımdır ki, dağılmasın və Qryaz kəndinin yarısını əzməsin. Üstəlik, mənim də orada, qalanın yanında mağazam var”.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Puqaçova və Qalkin uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüblər. Onlar gedəndən sonra Moskva yaxınlığındakı Qryaz kəndindəki qəsrinin satılması ilə bağlı şayiələr yayılıb.
Günəş Mərd