• Bakı 24° C

    5.03 m/s

Nazirdən DİN katibliyinə TƏYİNAT

CƏMİYYƏT

28 Noyabr 2022 | 16:30

Nazirdən DİN katibliyinə TƏYİNAT

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026