Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas dünən xəstəxanaya düşüb. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır.
İlham Tumas Bakıvaxtı.az-a verdiyi açıqlamada səhhətinin normallaşdığını bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanada həkim nəzarətindədir və müalicəsi davam edir.
Qeyd edək ki, İ.Tumas Birinci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
Aytac Aslan
















