• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlandı

CƏMİYYƏT

27 Yanvar 2023 | 14:06 | Müəllif: Qalib İbrahimoğlu

Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlandı

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan bildirilib.

verilən xəbərə görə, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 mm-lik 9M24F turbo reaktiv raket və 30 dan çox 120 mm-lik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb.

Qeyd edilib ki, hər bir 120 mm-lik minaatan mərmisinin tərkibində 3 kq-dan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirir ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir.

Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız bu kimi hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır.

ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar”.


Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlandıAğdamda ölümcül gücə malik partlayıcı qurğular aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026