• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gənclərə ödənişsiz "AutoCad" proqramı tədris edilib 

CƏMİYYƏT

27 Yanvar 2023 | 14:08

Gənclərə ödənişsiz "AutoCad" proqramı tədris edilib

“Gələcəyini dizayn et” layihəsi uğurla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün  Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsi çərçivəsində 1 ay müddətində davam edən AutoCad dərsləri yekunlaşıb.

Layihə çərçivəsində maddi cəhətdən ehtiyacı olan 20 nəfər gəncə 1 ay müddətinə ödənişsiz AutoCad proqramı tədris edilib. İştirakçılar həm kompüter biliklərinə, həm də praktiki təcrübəyə yiyələniblər. 

Dərslər, “Gələcəyini dizayn et”  layihəsinin tərəfdaşı olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçirilib.

Qeyd edək ki, layihə Azərbayan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib.


Gənclərə ödənişsiz "AutoCad" proqramı tədris edilibGənclərə ödənişsiz "AutoCad" proqramı tədris edilibGənclərə ödənişsiz "AutoCad" proqramı tədris edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026