• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı Oksford Məktəbi müsadirə olundu

CƏMİYYƏT

28 Dekabr 2022 | 16:02

Bakı Oksford Məktəbi müsadirə olundu

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Hökmdə qeyd edilib ki, Rasim Məmmədovun Bakının Səməd Vurğun küçəsində yerləşən iki evi və Bakıdakı bir torpaq sahəsinin üzərindən həbs götürülüb.

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026