• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Neft erası başa çatır?

CƏMİYYƏT

17 Yanvar 2024 | 17:35 | Müəllif: Qalib İbrahimoğlu

Neft erası başa çatır?

2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar bayramov bildirib.

Onun sözlərinə görə, ÜDM-də qeydə alınan 1.1 faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.

V.Bayramov qeyd edib ki, oxşar mənzərə sənayedədir: "2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb".

Deputat bildirib ki, neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır: "Qeyd edək ki, Brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə bu rəqəm ötən il 82.56 dollar olub".

2023-cü ilin makro-iqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhmiyyətini göstərir: "Bu il Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu neftdən asıllığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır".

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026