Neftçalada ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Neftçala şəhərində ümumi sahəsi 96 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün (qamış və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


jpg-1687788264.jpg)













