• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Norveç XİN başçısının Gürcüstan və Ermənistana səfəri başladı

DÜNYA

17 Oktyabr 2022 | 13:44

Norveç XİN başçısının Gürcüstan və Ermənistana səfəri başladı

Norveçin xarici işlər naziri Anniken Huitfeldt Gürcüstana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, XİN başçısı səfəri çərçivəsində gürcüstanlı həmkarı İlia Darçiaşvili ilə görüşüb.

Tərəflərin birgə mətbuat konfransında Anniken Huitfeldt ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib. O, Gürcüstanın demokratiya, insan haqları və yaxşı idarəçilik sahələrində nailiyyətlər əldə etdiyini vurğulayıb.

Anniken Huitfeldt Norveçin Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəklədiyini qeyd edib.

İlia Darçiaşvili Norveçin yaxın dost və etibarlı tərəfdaş olduğunu qeyd edib. Anniken Huitfeldt Gürcüstana səfəri çərçivəsində Baş nazir İrakli Qaribaşvili ilə də görüşüb.

Norveç XİN başçısı dördgünlük səfəri çərçivəsində Ermənistana da səfər edəcək. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026