Oğuzda yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Xalxal kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 96 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















