• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI (YENİLƏNİB)

HADİSƏ

11 Mart 2022 | 22:07

Bakıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI (YENİLƏNİB)

Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. 

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.

*** 21:35

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

*** 20:57

Bakıda məşhur hoteldə yanğın baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Məmməd Araz küçəsində qeydə alınıb.

Hazırda sözügedən ünvanda yerləşən "Ramada Shamdan" hoteli yanır.

Qeyd edək ki, sözügedən hotel tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.

Xatırladaq ki, hotel uzun müddətdir fəaliyyət göstərmir.


Bakıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI (YENİLƏNİB)Bakıda hoteldə baş verən yanğının TƏFƏRRÜATLARI (YENİLƏNİB)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026