• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs edildi

HADİSƏ

10 Aprel 2022 | 10:43

Narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs edildi

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub.

A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026