• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

57 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapıldı

HADİSƏ

10 Aprel 2022 | 10:27

57 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapıldı

Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, rayonun Maşğan kənd sakini, 1965-ci il təvəllüdlü Qasımov Natiq Mirzəhəsən oğlunun meyiti yaxınlıqdakı meşə massivində tapılıb. Hadisədən kənd sakinlərindən biri xəbər tutaraq, onun ailəsinə məlumat verib.

Məlumata görə, N.Qasımovun ruhi-əsəb xəstəliyi olub. Yaxınlarının dediyinə görə, o, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026