• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xaçmazda 68 yaşlı kişi intihara cəhd etdi

HADİSƏ

10 Aprel 2022 | 14:52

Xaçmazda 68 yaşlı kişi intihara cəhd etdi

Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Hacıəlibəy kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Ağasıyev Qumalat Xalişah oğlu fərdi yaşayış evində özünü kəndirlə asaraq intihar etmək istəyib. Lakin ailə üzvləri onu xilas ediblər.

Q.Ağasıyev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın-təpə nahiyəsinin əziyi, boğaz nahiyəsinin hematoması diaqnozu qoyulub.

İlkin məlumata görə, intihara cəhdə səbəb ailədaxili münaqişə olub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026