• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Evə girən oğru 3 nəfəri yaraladı

HADİSƏ

10 May 2022 | 11:32

Evə girən oğru 3 nəfəri yaraladı

Neftçalada evə oğurluğa girən şəxs üç nəfərə xəsarət yetirib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR